Paytaxtda dələduzluq edən SMM saxlanıldı
14
apr
2026
10:36
Bakıda dələduzluq edən sosial media meneceri (SMM) saxlanılıb.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, Nəsimi rayonunda özünü sosial media meneceri kimi təqdim edərək dələduzluq edən 22 yaşlı E.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.
O, sosial şəbəkələrdə reklam yerləşdirmək barədə yalan vədlər verərək zərərçəkənlərin müxtəlif məbləğlərdə pul vəsaitini ələ keçirib. Araşdırmalarla E.Məmmədovun bu üsulla bir neçə nəfəri aldatdığı müəyyən edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
700 mindən çox vətəndaşın maaşı arta bilər: Minimum əməkhaqqı ilə bağlı gözlənti
Azərbaycanda ortaaylıq əməkhaqqı 1 200 manat həddinə yaxınlaşır. Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlara əsasən, bu ilin yanvar-avqust aylarında ö...