“PAŞA Holding” və onun törəmə şirkətləri Türkiyəyə dəstək məqsədilə 1 milyon dollar ianə edib
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində minlərlə insanın həlak olması, yaralanması və evsiz qalması ilə əlaqədar Azərbaycandan qardaş ölkəyə yardım göstərilməsi davam edir.
“PAŞA Holding” və onun törəmə şirkətləri zəlzələdən zərər çəkmiş şəxslərə dəstək məqsədilə Türkiyənin iki önəmli yardım fonduna – AHBAP-ın və Türkiyənin Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) hər birinə 500 min dollar olmaqla ümumilikdə 1 milyon dollar ianə edib.
Bu barədə “Paşa Holding”dən məlumat verilib.
“Bütün şirkətlər qrupumuz adından həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına başsağlığı verir, yaralananların tezliklə sağalmasını və zəlzələnin nəticələrinin qısa müddətdə aradan qaldırılmasını arzulayırıq”, – deyə “PAŞA Holding”in baş icraçı direktoru Cəlal Qasımov bildirib.
Oxşar xəbərlər
Azərbaycan FHN-in Türkiyəyə göndərdiyi növbəti humanitar yardım Kahramanmaraşa çatıb - FOTO
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması ilə əlaqədar Fövqəladə Hal...