Pandemiya beyin yaşlanmasını sürətləndirib
Yeniliklərdən dərhal xəbərdar olun
COVID-19 pandemiyası dövründə insanların beyinləri əvvəlki illərlə müqayisədə daha tez yaşlanıb.
BAKU.WS trt haber-ə istinadən xəbər verir ki, Böyük Britaniyada aparılan araşdırmaya görə, pandemiya zamanı beyin yaşlanması orta hesabla 5,5 ay sürətlənib.
Bu dəyişiklik virus keçirməyən insanlarda da müşahidə olunub.
Mütəxəssislər bunu əsasən sosial təcrid, qeyri-müəyyənlik və psixoloji gərginliklə əlaqələndirirlər. Araşdırmada yaşlılar, kişilər və sosial-iqtisadi cəhətdən daha zəif qrupların daha həssas olduğu ortaya çıxıb.
Alimlər bu dəyişikliklərin daimi olmadığını, zamanla geri dönə biləcəyini də istisna etmirlər. Onların sözlərinə görə, beyin sağlamlığı yalnız xəstəliklərdən deyil, gündəlik həyat şəraitindən də təsirlənir.
Oxşar xəbərlər
Zaqatalada 20 gündür itkin düşən şəxsin yaxınları: "Kəndə girişi kameraya düşsə də, çıxışını görən olmayıb"
"Qayınatam oktyabrın 13-də, təxminən saat 11-12 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb. Həmişə evdən çıxıb geri qayıdan adam olub. Ağlı-başı yerind...