Pakistanın baş naziri "ASAN xidmət"in sədrini qəbul edib
Yanvarın 15-də Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif hökumətin üzvlərinin də iştirakı ilə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
BAKU.WS xəbər verir ki, qəbul zamanı baş nazir Pakistandakı ilk "ASAN xidmət" mərkəzinin yaradılmasında göstərilən dəstəyə görə bir daha Azərbaycan Respublikası Prezidentinə səmimi təşəkkürlərini və minnətdarlığını bildirib.
Baş nazir qısa müddət ərzində paytaxt İslamabadda və Pakistanın bir sıra əyalətlərində "ASAN xidmət" mərkəzlərinin yaradılacağını qeyd edib. Həmçinin "Pakistan ASAN xidmət" mərkəzinin fəaliyyətini mütəmadi olaraq nəzarətdə saxlayacağını bildirib və bununla əlaqədar hökumət üzvlərinə tapşırıqlarını verib.
Görüş zamanı Pakistandan Azərbaycana turist axınının artmasında Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı əsasında yaradılmış "ASAN Viza"nın rolu xüsusi olaraq vurğulanıb. Pakistan baş naziri ölkəmizin "ASAN Viza" təcrübəsindən də faydalanmaq istədiklərini diqqətə çatdırıb.
Görüşdə Azərbaycanın Pakistandakı fövqəladə və səlahiyyətli səfiri Xəzər Fərhadov da iştirak edib.
Oxşar xəbərlər
Qış aylarında ən çox risk altında olan orqanlar – həkimlər xəbərdarlıq edir
Qış mövsümündə hava temperaturunun aşağı düşməsi insan orqanizminə birbaşa təsir göstərir. Mütəxəssislərin fikrincə, soyuq hava, virusların aktivliyi və həyat t...