Özəl klinikalar halı pisləşən hər bir vətəndaşa pulsuz yardım göstərməyə borcludurmu?
28
iyn
2018
15:50
Dünən Bakının Yasamal rayonunda, “20 Yanvar” metrostansiyasının yaxınlığında, “Yeni Med” klinikasının qarşısında baş verən qəfil ölüm hadisəsi böyük səs-küyə səbəb olub.BAKU.WS xəbər verir ki, bu hadisədən sonra bir çox suallar yaranıb. Çoxunu maraqlandırır ki, özəl klinika və xəstəxanalar vətəndaşın halı pisləşdiyi vaxt təmənnasız tibbi yardım göstərməyə borcludurmu?Ekspertlərin fikrincə burada qanunlarda müəyyən boşluqlar var. Tibb eksperti, professor Adil Qeybulla BAKU.WS-ə açıqlamasında bildirdi ki, dünyanın hər yerində həkim etikası kodeksi var.
“Hippokrat andı da onun tərkibindədir. Hippokrat andı heç bir hüquqi məsuliyyət yaratmır. Bu bir mənəvi anddır. Dünyanın heç bir yerində Hippokrat andı ilə münasibətlər tənzimlənmir. Dünənki hadisə ilə bağlı yayılan xəbərlərə gəlincə, bu və bu kimi hadisələr sosiallığın itməsinə işarədir. Əgər bir insanın halı pisləşibsə, ona heç kim yaxın durmursa, kömək etmirlərsə, bu artıq cəmiyyətdə sosiallığın pozulmasıdır”, - deyə ekspert bildirib.İlk yardıma gəlincə, Adil Qeybulla vurğulayıb ki, klinika və xəstəxana ərazisindən kənarda baş verən hadisələrə cavabdeh deyil:“Klinikadan kənardan müraciət olunarsa, xəstəxana işçiləri həmin məsələyə müdaxilə edə bilər. Lakin buna borclu deyillər. Özəl klinika tibbi təyinatlı kommersiya müəssisəsidir. Özəl sektordur. Özəl xəstəxanaların tibbi personası bu məsələdə məsuliyyət daşımırlar.Əgər vətəndaş özəl xəstəxana, yaxud klinikaya daxil olursa və halı pisləşirsə, ona mütləq ilkin tibbi yardım gəstərilməlidir. Özəl xəstəxana həmin vətəndaşa ilkin tibbi yardım göstərməyə borcludur. Onlar bu sahədə məsuliyyət daşıyırlar”.Bəs özəl xəstəxanalarda hansı siyasət yürüdülür?İlk öncə “Yeni Med” klinikası ilə əlaqə saxladıq. Klinikanın baş həkimi Arzu Quliyeva BAKU.WS-ə açıqlamasında bildirdi ki, dünən halı pisləşən kişiyə işçilər tərəfindən yardım olunub. Onun sözlərinə görə, halı pisləşən şəxsə klinikanın işçiləri tərəfindən ilk yardım edilsə də, o, artıq keçinibmiş.“Hətta ilk müayinə zamanı həmin şəxsin vəfat etdiyi məlum olmasaydı, onu palataya da yerləşdirərdik. O dünyasını dəyişdiyindən toxunmadıq. Təcili yardım çağırdıq”, - deyə Arzu Quliyeva deyir.Klinika rəhbəri vurğulayıb ki, özəl tibb müəssisəsində halı pisləşən hər bir vətəndaşa ilk yardım göstərməlidir:“Dəfələrlə klinikamızın qarşısında insanların halı pisləşib. Bizim əməkdaşlar halı pisləşənlərə ilk tibbi yardım ediblər. Halı pisləşən insana yardım edilməlidir. Bu həkimlikdən əvvəl insani keyfiyyətlərdir. Lakin bu özəl xəstəxanaların borcu deyil”.Digər özəl klinikalardan da bildirdilər ki, halı pisləşən şəxsə ilk tibbi yardım göstərilməlidir. Lakin klinika rəhbərliyi hər bir halda kommersiya məsələsini diqqətdə saxlayır. Qanunda da özəl tibb müəsisələrinin vətəndaşlara pulsuz yardım göstərilməsini məcburi şəkildə etməyə vadar edən heç bir müddəa yoxdur.Məsələ ilə əlaqədar Səhiyyə Nazirliyilə əlaqə saxladıq. Nazirlikdən BAKU.WS-ə bildirdilər ki, özəl klinikaların daxili siyasəti var.“Özəl klinikalar kommersiya xarakterli tibbi müəssisələrdir. Lakin vəziyyəti ağır olan hər bir insana yardım göstərilməlidir. Tibbi müəssisələr ilk yardımı göstərməlidirlər”, - deyə məlumatda bildirilib.Ziya SƏCCADBAKU.WS
Oxşar xəbərlər
Bakıda klinikanın önündə ölüm (VİDEO)
Bakının Yasamal rayonunda qəfil ölüm hadisəsi baş verib. BAKU.WS xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat qeyd edilib və video yayılıb. Verilən məlu...