Özəl xəstəxanalarda icbari tibbi sığorta niyə işləmir?

Özəl xəstəxanalarda icbari tibbi sığorta niyə işləmir?
Video
Sosial 89

Baku TV-nin qaynar xəttinə müraciət edən vətəndaş icbari tibbi sığortadan yararlana bilmədiyindən şikayət edir.

"Övladım özəl xəstəxanada əməliyyat olunub. Bizə bir neçə aydan bir rentgen və KT müayinəsi tələb olunurdu. Hər dəfə bu məbləği ödəmək mənə çətinlik yaratdığı üçün icbari tibbi sığortadan yararlanmaq istədim. Lakin mənə yalnız dövlət xəstəxanasına yönləndirilə biləcəyim deyildi. Çünki əgər eyni müayinə dövlət xəstəxanasında varsa, özəl xəstəxanaya verilə bilmirmiş. Mənə maraqlıdır, əməkhaqqımdan müəyyən məbləğdə sığorta fonduna vəsait köçürürəm, bəs istədiyim yerə göndərişi nə üçün götürə bilməyim?"

Sakinlər arasında aparılan sorğu zamanı da məlum olub ki, göndərişlər əsasən dövlət tibb müəssisələrinədir. Bəs icbari tibbi sığorta özəl tibb müəssisələrinə şamil olunmurmu?

Məsələ ilə bağlı həkim Adil Qeybulla öz münasibətini bildirərək qeyd edib ki:

"Vətəndaşın seçim hüququ burada yoxdur. İcbari tibbi sığortada vətəndaşın "mən bu həkimi istəyirəm" kimi belə bir şansı yoxdur. Müqavilə olmayan yerdə sığorta göndərişi ola bilməz. Mən düşünürəm ki, özəl klinikalardakı müalicə-diaqnostika aparatları boş qalmasın deyə, onların imkanlarından yetərincə istifadə edilsin deyə, yaxşı olardı ki, müqavilələr bağlansın və xəstələr oraya göndərilsin".

Oxşar xəbərlər

Abşeronda "Qartal gölü"ndə nə baş verir?

Abşeronda "Qartal gölü"ndə nə baş verir?

"Bakı və Abşeron yarımadasında 2014-2025-ci illər ərzində bəzən qeyri-qanuni və ya bəzən plansız genişlənmələr nəticəsində bir neçə göl qurudularaq ərazi zəbt o...

137 Sosial 08:56 15 yanvar 2026

Son xəbərlər