Ötən il sürücülərə yazılan cərimənin miqdarı AÇIQLANDI

Ötən il sürücülərə yazılan cərimənin miqdarı AÇIQLANDI
Sosial 191

2020-ci ildə Azərbaycanda yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı 3631,1 min olub.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, xətaların 39,9 faizi yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması, 21,7 faizi dayanma və ya durma qaydalarının pozulması, 9,2 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, 8,4 faizi svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, 6,5 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması, 3,6 faizi epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması, qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanıb.

Qaydaların pozulmasına görə 118,2 milyon manat məbləğində cərimələr tətbiq edilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər