Ötən həftə 1545.7 hektar ərazi minalardan təmizlənib
Azad olunan ərazilərdə iyunun 1-dən 7-nə qədər qədər 101 tank əleyhinə mina, 48 piyada əleyhinə mina, 412 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.
Məlumata əsasən, 1545.7 hektar ərazi minalardan təmizlənib.
Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyata keçirib.
Oxşar xəbərlər
Azərbaycanda sosial media platformalarına qoşulma yaşının 16-dan başlanması təklif olunur
Azərbaycanda sosial media platformalarına qoşulma yaşının 16-dan başlanması təklif olunur. BAKU.WS report-a istinadən xəbər verir ki, təkliflə Milli Məclisin İn...