"Osmanlı" restoranında nöqsanlar aşkarlanıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Gəncə şəhəri, Atatürk prospekti, ev 226A ünvanında fəaliyyət göstərən, fiziki şəxs Mehmet Halis Ayaza məxsus “Osmanlı” restoranında keçirdiyi planlı yoxlama zamanı mal qonşuluğu prinsipinə, sanitariya norma və qaydalarına, gigiyena normativlərinin tələblərinə əməl olunmadığı aşkar olunub.
AQTA-dan BAKU.WS-ə verilən məlumata görə, faktla bağlı icrası məcburi göstərişlər verilib və sahibkar barəsində inzibati tədbir görülüb.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı alınacaq.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...