Orxan Məmmədov: “KOBİA olaraq məqsədimiz kiçik və orta biznesin rəqəmsallaşdırılmasıdır”

Orxan Məmmədov: “KOBİA olaraq məqsədimiz kiçik və orta biznesin rəqəmsallaşdırılmasıdır”
Sosial 15

“KOBİA olaraq məqsədimiz kiçik və orta biznesin rəqəmsallaşdırılmasıdır”.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bunu KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov bu gün Bakıda keçirilən “Inmerge” İnnovasiya Sammitində deyib.

O, rayonlarda və kəndlərdə rəqəmsallaşmanı yüksəltmək istədiklərini bildirib:

“Azərbaycanda sahibkarların 99%-i kiçik və orta bizneslə məşğul olurlar. Onlara informasiya texnologiyaları sektorunda işləmək lazımdır.

Agentlik olaraq qadın sahibkarlığının inkişafı üçün tədbirlər həyata keçirmək istəyirik. Pandemiya dövründə Azərbaycanda kiçik və orta sahibkarların 70%-i onlayn aktivliyini artırıb”.

O.Məmmədovun sözlərinə görə, agentliyin keçirdiyi sorğular göstərir ki, sahibkarlar çox zaman mövcud dəstək proqramlarından xəbərsiz olurlar:

“Bu boşluğu aradan qaldırmaq üçün rəqəmsallaşdırma bizim strategiyamızın əsas elementidir”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

KOBİA nümayəndə heyəti Avstraliyada səfərdə olub - FOTO

KOBİA nümayəndə heyəti Avstraliyada səfərdə olub - FOTO

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və agentliyin nümayəndələri Azərbaycan Respublikasının Avstraliya İtti...

9 Sosial 12:05 25 sentyabr 2023

Son xəbərlər