Operativ Qərargahın iclası keçirildi, vaksinasiyanın sürətləndirilməsi tapşırıldı

Operativ Qərargahın iclası keçirildi, vaksinasiyanın sürətləndirilməsi tapşırıldı
Foto
Sosial 356

Bu gün baş nazir Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın növbəti iclası keçirilib.

Nazirlər Kabinetindən BAKU.WS-ə verilən məlumata görə, iclasda Qərargah üzvləri, şəhər və rayonların İcra hakimiyyəti başçıları və baş həkimlər iştirak ediblər.

İclas zamanı ölkədə pandemiyaya qarşı mübarizənin vəziyyəti – yoluxmanın dinamikası və peyvəndləmə prosesinin gedişi müzakirə olunub.Ölkədə peyvənd ehtiyatı ilə bağlı vəziyyətin qənaətbəxş olduğu qeyd edilib.

Peyvəndlənmənin əhəmiyyətinə dair maarifləndirmə işinin daha da genişləndirilməsi, peyvənd vurulması prosesinin sürətləndirilməsi və nəzarətin gücləndirilməsi haqda tapşırıqlar verilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər