"Onun 3 yerdə evi,villası var, niyə anasına sahib çıxmır?” - Tacir Şahmalıoğlunun dayısı dilə gəldi
15
sen
2018
09:49
Tanınmış müğənni Tacir Şahmalıoğlunun anası Südabə Allahverdiyevanın yaşadığı mənzildən çıxarıldığı haqda xəbər yayılıb. Qeyd edilir ki, uzun müddətdir məcburi köçkün kimi özgəsinin mənzilini zəbt etmiş Südabə Allahverdiyevaya məhkəmə icraçıları xəbərdarlıq ediblər. Çünki Yasamal Rayon Məhkəməsində bu barədə qərar çıxarılıb.Qəribədir ki, maddi imkanları və mənzil şəraiti çoxları ilə müqayisədə daha yaxşı olan müğənni Tacir Şahmalıoğlu anası ilə bağlı məsələni susqunluqla müşahidə edir. Onun öz anasını yanında saxlamağa imkanı və yeri yoxdurmu?BAKU.WSxəbər verir ki, modern.az məsələ ilə bağlı Tacir Şahmalıoğlunun dayısı Nurəddin Əliyevlə əlaqə saxlayıb.Sənətçinin dayısı Nurəddin Əliyev bacısı oğlunun bu hərəkətindən narazılıq edib:“Tacirin Bakıda üç evi var. O bizi biabır edir. Nə olar ki, öz anandır də, onu apar yanına, qoy ağbirçək vaxtında rahat yaşasın. Hazırda bacımın yaşadığı ev bir otaqlıdır. Tacir imkansız deyil, qeyd etdiyim kimi, şəhərin müxtəlif yerlərində bir-birindən yaxşı 3 evi var. Mənim mövqeyim odur ki, Tacir heç kimə müraciət etməməlidir, anasını aparmalıdı yanına. Onun keçmiş Razin, indiki Bakıxanov qəsəbəsində villası da var. Tacir niyə utanmır? Niyə belə imkanları olan şəxsin anası “Qaçqınkom”a müraciət etməlidir? Tacir öz anasının yaşaması üçün şərait yaratmalıdır”.BAKU.WS
Oxşar xəbərlər
Tacir Şahmalıoğlunun anasını yaşadığı evdən zorla çıxarırlar — FOTO
Tanınmış müğənni Tacir Şahmalıoğlunun anası Südabə Allahverdiyeva yaşadığı mənzildən çıxarılır.BAKU.WSölkə.az-a istinadən xəbər verir ki, bu barədə Yasamal Rayo...