Onlayn alış-veriş edənlərin nəzərinə - XƏBƏRDARLIQ EDİLDİ
Daxili İşlər Nazirliyi vətəndaşlara onlayn alış-veriş edərkən bank kartı məlumatların təhlükəsizliyini qorumaqla bağlı xəbərdarlıq edib.
BAKU.WS xəbər verir ki, xəbərdarlıqda deyilir: "Onlayn alış-veriş edərkən bank kartı məlumatlarınızın təhlükəsizliyini qorumaq üçün aşağıdakı qaydalara diqqət yetirməyiniz tövsiyə olunur: Bank kartınız ilə onlayn alış-veriş edərkən ictimai Wi-Fi şəbəkələrindən istifadə etməyin; Ünvan hissəsində kilid işarəsi və ya "https:" olmayan veb-saytlara kart və digər fərdi məlumatlarınızı ötürməyin; Kart məlumatlarınızı veb-saytların və brauzerin yaddaşında saxlamayın".
Oxşar xəbərlər
"Yüksəliş" beynəlxalq kontekstdə: Oxşar proqramlar fonunda milli modelin üstünlükləri
XXI əsrdə dövlətlərin gücü təkcə iqtisadi imkanları, təbii sərvətləri və ya texnoloji inkişaf səviyyəsi ilə ölçülmür. Ən azı bunlar qədər vacib olan başqa bir a...