Ombudsman iki azərbaycanlı yeniyetmənin nişanlanması ilə bağlı gürcü həmkarına müraciət edib

Ombudsman iki azərbaycanlı yeniyetmənin nişanlanması ilə bağlı gürcü həmkarına müraciət edib
Sosial 382

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva bir sıra internet səhifələrində Gürcüstanın Poniçala (Soğanlı) kəndində iki azyaşlının nişan mərasimi ilə bağlı yayılan məlumatlar əsasında Gürcüstanın Xalq Müdafiəçisi Nino Lomcariyaya rəsmi müraciət edib.

BAKU.WS Ombudsman Aparatına istinadən xəbər verir ki, həmin müraciətdə Ombudsman məsələnin ciddiliyini və həssaslığını nəzərə alaraq, Gürcüstanın səlahiyyətli dövlət orqanları tərəfindən faktın dərhal araşdırılması, həmin azyaşlıların hüquqlarının müdafiəsinin təmin edilməsi istiqamətində müvafiq tədbirlərin görülməsini xahiş edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər