Ölkənin əsas magistral yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
22
avq
2023
16:04
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Avqutsun 26-da saat 01:00-dan 07:00-a qədər Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 28-ci km-lik hissəsində hər iki istiqamətdə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
BAKU.WS Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, buna səbəb həmin hissədə yerüstü piyada keçidinin tikintisidir.
Agentlik sürücülərə qeyd olunan saatlarda sözügedən hissədə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun avtonəqliyyat vasitələrini idarə etmələrini tövsiyə edir.
Oxşar xəbərlər
Azərbaycanın avtomobil yollarındakı son vəziyyət açıqlanıb
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) hava şəraiti ilə əlaqədar ölkənin avtomobil yollarındakı saat 09:00-a olan vəziyyət barədə açıqlama yayıb....