Ölkədə yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA

Martın 24-ü saat 18:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında, Kürdəmir, Oğuz, Qəbələ, İsmayıllı, Neftçala, Biləsuvar, Yardımlı, Lənkəran, Astara, Xaçmaz və Şabranda yağış yağır.
Şamaxı, Qobustan, Altıağac, Qusar, Quba, Xaltan, Xınalıq, Qax, Şahdağ, Lerik və Şəkidə arabir qar yağması müşahidə olunur.
Hazırda bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin sürəti Bakıda və Abşeron yarımadasında, o cümlədən Şahdağda 20 m/s, Kəlbəcərdə isə 15 m/s-yə çatır.
Dənizdə dalğanın hündürlüyü
Dənizdə dalğanın hündürlüyü 2.8 metrdir.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 8, Aran rayonlarında, eyni zamanda Naxçıvan MR-da 15 dərəcəyədək isti, dağlıq rayonlarda isə 7 dərəcəyədək şaxta qeydə alınıb.
***10:52
Milli Hidrometeorologiya Xidmətinin martın 24-ü saat 10:00-a olan məlumatına əsasən, ölkə ərazisinin bəzi yerlərində fasilələrlə yağıntılı hava şəraiti davam edir.
Xidmətdən verilən məlumata görə, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 8, Lerikdə 4, Oğuz və Qəbələdə 3, Şəkidə 2, Şabran, Xaçmaz, Şahbuz, Daşkəsən, Balakən, Yevlax, Neftçala, Biləsuvar və Yardımlıda 1 mm-dir.
Dağlıq ərazilərə isə qar yağıb, yağan qarın hündürlüyü Zaqatalada (Əlibəy) 24, Qusarda (Laza) 14, Qubada 12, Qaxda (Sarıbaş) 10, Şahdağda 8, Altıağac və Qobustanda 4, Xınalıqda 2, Xaltanda 1 sm-dir.
Martın 23-də saat 21:30-21:37 radələrində Ağsu rayonuna diametri 6 mm olan dolu düşüb.
Şamaxı, Qobustan, Şəki, Quba, Qusar, Qrız, Yevlax, Beyləqan, Lerik və Xaltanda duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5, Aran rayonlarında 4 dərəcəyədək isti, Naxçıvan MR-da 4, dağlıq rayonlarda isə 11 dərəcəyədək şaxta qeydə alınıb.
Oxşar xəbərlər
Tovuzda günlərlə evdə ac qalan uşaq Bakıya gətirilib
"Tovuzda ananın imtina etdiyi körpə Bakıda uşaq xəstəxanasına yerləşdirilib". Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Ailə, Qadın və Uşaq problemləri üzrə Dö...
