Ölkədə vaksin vurulanların sayı 4 milyonu ötdü

Ölkədə vaksin vurulanların sayı 4 milyonu ötdü
Sosial 172

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 53 606 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 21 173, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 32 433 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 4 069 218, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 459 102, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 610 116 təşkil edir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər