Ölkədə peyvənd olunanların sayı açıqlandı

Ölkədə peyvənd olunanların sayı açıqlandı
Sosial 97

Azərbaycanda bu gün 26 530 nəfər vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 001, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 406 nəfər təşkil edib.

Ölkədə buster doza vaksinlərin sayına gəlincə, bu göstərici 19 113 təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 10 486 650, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 074 275, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 559 863 nəfər təşkil edir. Ümumilikdə isə 852 512 buster doza vurulub

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər