Ölkədən çıxışınıza STOP qoyulmasını öyrənmək daha da asanlaşdı – BURADAN ÖYRƏNİN
05
okt
2018
12:23
İndi ölkədən xaricə çıxmağa qadağa qoyulması barədə məlumat öyrənmək daha asanlaşıb.BAKU.WS xəbər verir ki, bunu üçün Ədliyyə Nazirliyinin istifadəyə verdiyi yeni elektron xidmətdən rahat şəkildə yararlanmaq mümkündür.Bu xidmət vasitəsilə Azərbaycan vətəndaşları ölkədən xaricə çıxışlarına qadağa qoyulub-qoyulmadığını asanlıqla öyrənə biləcəklər.Yeni xidmət "Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məlumatın verilməsi” adlanır.Bunun üçün vətəndaş öz şəxsiyyət vəsiqələrinin göstəricilərini daxil etməklə adlarının ölkədən çıxışına qadağa qoyulanlar siyahısında olub-olmadığını müəyyən edə bilərlər.Qeyd edək ki, bu xidmət pulsuzdur. Xidmətdən istifadə etmək üçün BURA daxil olmaq lazımdır.
Oxşar xəbərlər
İşdən çıxarılan icra başçısının ölkədən çıxışına QADAĞA QOYULDU
Bir müddət əvvəl Gədəbəy rayon İcra Hakimiyyəti başçısı vəzifəsindən azad edilən Ramiz Yediyarov barəsində Baş prokuror yanında korrupsiyaya Qarşı Mübarizə İdar...