Ölçüsü normadan artıq olan meyvə-tərəvəzlər zərərlidirmi? - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Meyvə alarkən onların ölçüsünə xüsusi diqqət yetirilməlidir. Mütəxəssislər bildirir ki, ölçüsü normadan artıq olan meyvələrin bizə xeyrindən çox, ziyanı ola bilər.
BAKU.WS xəbər verir ki, bazarda belə meyvələrdən ən çox çiyələyə rast gəlinir.
Satıcı deyir ki, bu meyvələr tərkibinə görə müxtəlif olur.
Qiymətinə gəlincə, yerli çiyələyin 1 kiloqramı 10-12 manat, xaricdən gətirilmiş isə 7-10 manat arası dəyişir.
“Bəs bu məhsullar necə və hansı şəraitdə yetişdirilir?”
Qida mütəxəssisi Samir Qafarov "Xəzər Xəbər"ə bildirib ki, mövsümündən əvvəl yetişdirilən meyvə-tərəvəzlərin qəbulunu düzgün hesab etmir. Həmçinin istifadədən əvvəl bu qidaların üzəri mütləq şəkildə bakteriyalardan təmizlənməlidir.
Mütəxəssisin sözlərinə görə, belə məhsullar vaxtından əvvəl yeyilərsə, mədə-bağırsaq xəstəliklərinə qədər yol aça bilər.
Oxşar xəbərlər
AQTA: "71 müəssisədə nöqsanlar müəyyən olunub"
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) qida sahəsində fəaliyyət göstərən 81 ticarət müəssisəsi və 23 ictimai iaşə müəssisəsində həyata keçirilən mon...