"Okean Elzy"nin möhtəşəm konsertinə AZ QALDI - BİLETLƏRİ BURADAN ALIN!

Okean Elzynin möhtəşəm konsertinə AZ QALDI - BİLETLƏRİ BURADAN ALIN!
Sosial 103

Ukraynanın məşhur rok musiqi qrupu "Okean Elzy" Bakının qonağı olacaq.

BAKU.WS xəbər verir ki, sevilən qrup üzvləri Heydər Əliyev Sarayında fanatları qarşısında çıxş edəcək. "Okean Elzy" sevilən hitləri ilə pərəstişkarlarına unudulmaz gecə yaşadacaq.

Qrupun möhtəşəm solo konserti avqusutun 17-də baş tutacaq. "Okean Elzy"ni dinləmək istəyənlər biletləri şəhərin bütün kassalarından əldə edə bilərlər.

Xatırladaq ki, "Okean Elzy" rok musiqi qrupunun əsası 1994-cü ildə qoyulub. Qrupun solisti Svyatoslav Vakarçukdur. Slavyan melodiyasının güclü rok enerjisi ilə birləşməsi bu qrupun musiqilərinin əsas hərəkətverici qüvvəsini təşkil edir.

Məlumat üçün bildirək ki, 2014-cü ildə “Okean Elzy”nin 20 illik yubiley konsertini canlı olaraq yarım milyondan çox tamaşaçı izləyib.

Qrup MDB və Şərqi Avropadan olan tamaşaçılar tərəfindən adlandırılan "Ən yaxşı rok qrupu" və "Canlı qrup" adları ilə fanat ordusunun rəğbətini qazanıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər