Od çərşənbəsində temperatur iqlim normalarından 6 dərəcə yüksəkdir

Od çərşənbəsində temperatur iqlim normalarından 6 dərəcə yüksəkdir
Sosial 27

Bu gün Azərbaycanda ikinci çərşənbə – Od çərşənbəsi qeyd olunur. Bu çərşənbə qədimdə insanların günəşə, oda olan müqəddəs inamından irəli gəlir.

Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva BAKU.WS-ə bildirib ki, fevralın son günlərində havanın mülayim keçməsi yazın gəlişinin müjdəsidir.

“Hazırda ölkə ərazisində yüksək temperatur rejimi qeydə alınır, Bakıda və Abşeron yarımadasında temperatur iqlim normasından 6 dərəcə yüksəkdir.

Temperaturun bu gedişi daha çox mart ayı üçün uyğundur. Hətta bu gün Laçında havanın temperaturu 24, Füzulidə 16, Abşeronda 17 dərəcəyədək yüksəlib”, - U.Tağıyeva qeyd edib.

Xidmət rəisi bildirib ki, həmçinin keçən il də Od çərşənbəsində temperatur iqlim normasından 6 dərəcə yüksək olub:

“Bu il Abşeron yarımadasında və bəzi bölgələrdə havanın temperaturu 17-19 dərəcəyədək yüksəlib. Baharın yaxınlaşmasının ilk əlamətlərini bildirən Od çərşənbəsi bu il ölkə ərazisində əsasən sabit, yağmursuz, dumanlı hava şəraiti ilə səciyyələnir”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Yanvarın hava proqnozu açıqlandı

Yanvarın hava proqnozu açıqlandı

Yanvar ayında Azərbaycanda havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən mə...

1543 Sosial 10:51 30 dekabr 2020

Son xəbərlər