Nyu-Yorkda COVID-19-a yoluxanların sayı ölkələrdən çoxdur - VİDEO

Nyu-Yorkda COVID-19-a yoluxanların sayı ölkələrdən çoxdur - VİDEO
Video
Sosial 119

ABŞ-da epidemiyanın mərkəzi olan Nyu-York ştatı yoluxma sayına görə bütün ştatları geridə qoyub.

BAKU.WS xəbər verir ki, ştat ərazisində yoluxma sayı 189 min 415-ə, həyatını itirənlərin sayı isə 10 min 65 nəfərə çatıb.

Nyu-York bu statistika ilə İspaniya, İtaliya, İngiltərə, Almaniya və Çini geridə qoyub.

Qeyd edək ki, Birləşmiş Ştatlarda ölənlərin sayı 23 min 644, yoluxma sayı 570 min 173 nəfər təşkil edir.

Britaniyanın "Daily Mail" qəzeti yazır ki, ABŞ-da müxtəlif qocalar evlərində minlərlə yaşlı insan koronavirus epidemiyası səbəbindən həyatını itirsə də, hökumət tərəfindən qeydə alınmayıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər