Nüsretin restoranında 615 MİNLİK hesab - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtında "Formula 1" iştirakçıları alman pilot Sebastian Vettelin vida partisinə yığışıblar.
BAKU.WS xəbər verir ki, 20 nəfərdən ibarət qonaqlıq türkiyəli məşhur aşpaz Nüsret Gökcenin Əbu-Dabidə yerləşən restoranında baş tutub.
Pilotlara bahalı menyu təqdim edilib. İdmançılar şam yeməyində "Petru" şərabı içiblər ki, bunun da bir şüşəsi 27 min dollardır (təxminən 45 min 900 AZN).
Bahalı qonaqlığın sonunda 615 min 65 BƏƏ dirhəmi (284 min 649 AZN) ödənilib.
İdmançılar bahalı hesabın fotosunu çəkərək paylaşıblar.
BAKU.WS həmin qonaqlıqdan lentə alınan fotoları təqdim edir:
Qalereya
Oxşar xəbərlər
Bahalaşma şadlıq saraylarına da təsir edib: Qiymətlər 45 manatdan başlayır - SORĞU
Məhərrəm və Səfər ayı başa çatdıqdan sonra ölkəmizdə sentyabrın 27-dən etibarən toy məclislərinin keçirilməsinə başlanıldı. Ölkəmizdə davam edən bahalaşma şadlı...