İnstaqramdan istifadəçilərini sevindirəcək YENİLİK
Yeniliklərdən dərhal xəbərdar olun
İnstaqram sosial şəbəkəsi kompüterdə brauzer vasitəsilə foto və videonun yükləməsi imkanını tətbiq edib.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkənin mətbuat xidməti tviterdə yazıb.
"Biz nəhayət bu funksiyanı işə salmağa məmnunuq. İndi siz fotonu və müddəti 1 dəqiqəyə qədər olan videonu brauzer vasitəsilə birbaşa instaqrama yerləşdirə bilərsiniz", - sosial şəbəkədən qeyd edilib.
Qeyd edək ki, əvvəllər məzmun yükləmək qabiliyyəti ancaq mobil cihazlardan mövcud idi, brauzer vasitəsilə yalnız paylaşımları görmək və qiymətləndirmək mümkün idi.
Oxşar xəbərlər
Jurnalistlər "İlin mətbuat xidməti"ni seçdi - SORĞU
Dövlət orqanlarının mətbuat xidmətlərinin yaxşı işləməsi jurnalistlər üçün çox önəmlidir. Mətbuat xidmətlərinin fəaliyyətində operativlik olarsa, bu, təbii ki,...