İnsan orqanizmində koronavirusa qarşı təbii qoruma hormonu tapılıb

İnsan orqanizmində koronavirusa qarşı təbii qoruma hormonu tapılıb
Sosial 325

Ağciyərlərdə əmələ gələn melatonin hormonu koronavirusa qarşı maneə rolunu oynayır”.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, Braziliyanın San Paulo Universitetinin alimləri bu nəticəyə gəlib.

Alimlər laboratoriya şəraitində müəyyən ediblər ki, melatonin giriş nöqtələrində - burun və ağciyər yollarındakı hüceyrələrdə virusun zülalları kodlayan genləri zədələməsinin qarşısını alır.

Beləliklə, hormon bu toxumaların yoluxmasına mane olur və virusun immunitet reaksiyasını boğur, onu bir neçə gün tənəffüs yollarında saxlayır, sonra başqa bir daşıyıcı tapmaq üçün hərəkətə keçir.

Tədqiqat müəlliflərinə görə, onların kəşfi bəzi insanların koronavirusa yoluxmadığını anlamağa imkan verir.

Mütəxəssislər melatonin hormonunun burun damlaları və ya sprey şəklində koronavirusun inkişafının qarşısını almaq üçün istifadə edilə biləcəyinə əminliklərini vurğulayıblar.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər