Novruz bayramı gününün hava proqnozu açıqlanıb

Bakıda və Abşeron yarımadasında martın 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, ayrı-ayrı yerlərdə intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var.
Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-8° isti, gündüz 9-13° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 5-9° isti, gündüz 9-14° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-6° isti olacaq.
Oxşar xəbərlər
Bakının Fəvvarələr meydanı yaxınlığında qanunsuz zəbtetmənin qarşısı alınıb
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi Səbail rayonu, Əhməd Cavad küçəsində (Fəvvarələr meydanı yaxınlı...
