Norveç karantin qaydalarını yenidən sərtləşdirir
Yeniliklərdən dərhal xəbərdar olun
Norveç hökuməti koronavirus infeksiyasına yoluxma hallarının artması ilə əlaqədar əcnəbi vətəndaşların ölkəyə daxil olma qaydalarını sərtləşdirib.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə xəbəri Norveçin Xarici İşlər Nazirliyi yayıb.
Belə ki, COVID-19-a yoluxma hallarının artdığı Kipr, Latviya, Lixtenşteyn, İsveç və Finlandiyanın bəzi bölgələrindən Norveçə səyahət edən insanlara qarşı bir sıra qadağalarla tətbiq olunacaq.
Oktyabrın 10-dan etibarən yuxarıda qeyd olunan ölkələrdən və bölgələrdən Norveçə daxil olanların hamısı 10 günlük karantin rejimində qalmalı olacaq.
Qeyd edək ki, son rəqəmlərə əsasən, Norveçdə 15 097 nəfərin koronavirusa yoluxduğu aşkar edilib, 275 xəstə pandemiyanın qurbanı olub.
Oxşar xəbərlər
Koronavirusun tüğyan etdiyi ölkələr hansı addımları atır? - SİYAHI
Çinin Uhan bazarında yaranan və bu yolla dünyaya yayılan yeni növ koronavirus infeksiyasına bu günə qədər 8,408,203 insan yoluxub ki, onların 451,463-ü həyatını...