Nişan məclisi təşkil edənlər cərimələndi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Siyəzəndə gizli şəkildə keçirilən nişan mərasiminin qarşısı alınıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba rayonundakı regional qrupundan verilən məlumata görə, Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman rayon ərazisində yerləşən fərdi yaşayış evlərinin birində gizli şəkildə nişan mərasiminin keçirildiyini aşkar ediblər.
Şöbə əməkdaşları tərəfindən məclis dərhal dayandırılıb. Məclis iştirakçılarından altı nəfərə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolları tərtib olunub, qadınlar və azyaşlılarla isə profilaktiki söhbətlər aparılaraq karantin rejimi qaydalarına riayət etmələri barədə məlumat verilib.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanda gizli toy edənlər saxlanıldı - 19 nəfər cərimələndi
Xaçmazda gizli şəkildə keçirilən toy məclisinin qarşısı alınıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan BAKU.WS-ə verilən...