Azərbaycanda gizli toy edənlər saxlanıldı - 19 nəfər cərimələndi
Yeniliklərdən dərhal xəbərdar olun
Xaçmazda gizli şəkildə keçirilən toy məclisinin qarşısı alınıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman restoranlardan birində gizli şəkildə toy mərasiminin keçirildiyini aşkar ediblər.
Şöbə əməkdaşları tərəfindən məclis dərhal dayandırılıb, məclisin təşkilatçısı və orada iştirak edən 50-yə yaxın şəxs barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.
Məclis iştirakçılarından 19 nəfərə İXM-nin müvafiq maddəsi ilə cərimə protokolları tərtib olunub, qadınlar və azyaşlılarla isə profilaktiki söhbətlər aparılaraq karantin rejimi qaydalarına riayət etmələri barədə məlumat verilib.
Oxşar xəbərlər
50 günlük fasilə başa çatır: Restoranlarda hansı hazırlıqlar görülür? - REPORTAJ - FOTO
Fevralın 1-i, saat 00:00-dan etibarən ölkə ərazisində ictimai iaşə obyektlərində yerində fəaliyyət bərpa edilir. Bununla bağlı Azərbaycanın Qida Təhlükəsizliyi...