Nikaha daxil olmaq istəyən cütlüklər Hepatitin bütün növlərinə görə müayinədən keçəcəklər - RƏSMİ AÇIQLAMA

Nikaha daxil olmaq istəyən cütlüklər Hepatitin bütün növlərinə görə müayinədən keçəcəklər - RƏSMİ AÇIQLAMA
Sosial 1216

 

"Yaxın zamanlarda nikaha daxil olmaq istəyən cütlüklər Hepatitlərin bütün növlərinə görə də müayinədən keçəcəklər". 

BAKU.WS məlumat verir ki, bunu Səhiyyə Nazirliyinin baş hemotoloqu Çingiz Əsədov bilidirb. O, qeyd edib ki,  yaxın illərdə nikaha daxil olmaq istəyən çütlüklərin müayinəsi üçün analizlərin sayı artırılacaq: 

"Artıq talassemiyaya qarşı hər şey olunur. Ən yaxşı cihazlarımız və reaktivlərimiz də var. Hazırda biz SPİD və siflisə görə analizlər götürülürsə gələcəkdə Hepatitə görə də analizlərin götürülməsi gözlənilir",-deyə Çingiz Əsədov bildirib. 

Çingiz Əsədov bilidirib ki, Şəki, Qəbələ, Göyçay, Ağdaş, Kürdəmir rayonlarında talassemiya daşıyıcıları daha çoxdur. O, qeyd edib ki, talassemiya xəstələrinin sayı Cənub rayonlarında da az deyil. 

Baş hemotoloq leykoz xəstələrinin sayını da açıqlayıb. Onun sözlərinə görə, hazırda 1000 nəfər leykoz xəstəsi qeydiyyatdadır. Bu xəstəlik  Azərbaycanda 100 min nəfərə 5 xəstə düşür:

"Amma Avropa və Amerika Birləşmiş Ştatlarında bu göstərici 100 min  nəfər 30 nəfərdir. Azərbaycanda bu xəstələrin sayının az olması son illər ekologiji vəziyyətin düzəlməsi və  qidalanmanın düzgün olmasıdır. Hazırda Azərbaycanda 1000 nəfər qeydiyyatdadır. İndi onların tam sağalmasından söhbət gedir. Əvvəllər onların ömrünün uzadılması nəzərdə tutulurdusa indi leykozlu xəstələrin tam sağalması məqsəd qoyulur".

Ayşən Ayxan 

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda nikaha girmək istəyən 6228 nəfərdə talassemiya aşkar edilib

Azərbaycanda nikaha girmək istəyən 6228 nəfərdə talassemiya aşkar edilib

"2015-ci ilin iyun ayının 1-dən bu günə kimi (9 ay ərzində) nikaha girmək istəyən 107500 şəxs müayinədən keçmiş və onların 6228-də talassemiya daşıyıcılığı aşka...

1314 Sosial 13:46 04 mart 2016

Son xəbərlər