Nigeriyalı tələbə Azərbaycan dilini 5 günə öyrəndi - Video
25
sen
2019
11:30
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bu il Bakı Ali Neft Məktəbinə (BANM) qəbul olmuş nigeriyalı tələbə Somtoçukvu Çidinmanın Azərbaycan dilində çıxışı maraqla qarşılanıb.BAKU.WS “Qafqazinfo”ya istinadla xəbər verir ki, “Bilik Günü”ndə dilində tədbir iştirakçılarını salamlayan Çidinma ölkəmizdə təhsil alacağı üçün çox sevindiyini qeyd edib:“Azərbaycanda olmağıma fəxr edirəm. Bakını çox sevdim. Hər şeyə görə çox sağ olun”.O, 5 gün ərzində BANM-in əməkdaşlarının köməyi ilə Azərbaycan dilində danışmağı öyrənib. Qeyd edək ki, BMT-nin Təlim və Tədqiqat İnstitutu (UNITAR) tərəfindən həyata keçirilən “Nigeriyanın neft və qaz sənayesində kadr potensialının gücləndirilməsi” layihəsi çərçivəsində 7 nəfər nigeriyalı tələbə, o cümlədən, Somtoçukvu Çidinma 2019-2023-cü illər ərzində Bakı Ali Neft Məktəbində bakalavr dərəcəsi üzrə təhsil alacaq. Tələbələr 4 il müddətində “Neft-qaz mühəndisliyi” ixtisasında nəzəri və praktiki biliklərə yiyələnəcək və sonda lazımi kreditləri toplayaraq BANM-in diplomunu əldə edəcəklər.Onların BMT-nin ayırdığı təqaüdlər hesabına təhsil alması nəzərdə tutulur.
Oxşar xəbərlər
679 və 663 bal toplayan əkiz qardaşlar bu ali məktəbi seçdi - FOTO
Rəşad və Rəşid Azadlı qardaşları yüksək bal toplayaraq (Rəşad 679.3 bal, Rəşid 663 bal) Bakı Ali Neft Məktəbinin (BANM) Neft-qaz mühəndisliyi ixtisasını seçiblə...