“İnformasiya əldə etmək haqqında” qanuna dəyişiklik edildi
11
iyl
2018
17:32
Ölkə prezidenti İlham Əliyev “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə fərman imzalayıb.BAKU.WS xəbər verir ki, dəyişikliyə əsasən, bundan sonra büdcə təşkilatlarının, dövlət adından yaradılan publik hüquqi şəxslərin, büdcədənkənar dövlət fondlarının, səhmlərinin (paylarının) 30 faizi və ya daha artıq hissəsi dövlətə məxsus olan təsərrüfat cəmiyyətlərinin illik maliyyə fəaliyyəti haqqında məlumatlarının, o cümlədən dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid olan informasiyanın internet informasiya ehtiyatlarında açıqlanması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edəcək.BAKU.WS
Oxşar xəbərlər
Şəxsi istehlak üçün ölkəyə mobil telefon gətirənlər dövlət rüsumu ödəyəcək – YENİ SƏRƏNCAM
Azərbaycan prezidenti İlham Əliyev “Dövlət rüsumu haqqında” qanunda dəyişikliyin edilməsi barədə sərəncam imzalayıb.BAKU.WSxəbər verir ki, dəyişikliyə əsasən sa...