Nənənin nəvəsi üçün yığdığı əməliyyat pulunu görün necə ələ keçirdilər - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Ağdaşda bir ailə dələduzluğun qurbanı olduğunu iddia edib.
BAKU.WS xəbər verir ki, bu iddia ilə Ağdaş sakini Zülfiyyə Nuriyeva çıxış edib.
Rayonun Aşağı Zeynəddin kənd sakini olan qadının sözlərinə görə, nəvəsi 13 yaşlı Abbas Nuriyev beyində normadan artıq su yığılmasını ehtiva edən hidrosefaliya xəstəliyindən əziyyət çəkir.
Bu günə qədər Abbas Nuriyev müxtəlif vaxtlarda 5 dəfə əməliyyat keçirib. Növbəti əməliyyat may ayına planlaşdırılırmış. Bu səbəbdən yeniyetmənin ailəsi yardım kampaniyasına başlayır. Əməliyyat üçün 4300 manata yaxın vəsait yığılıbmış. Bir nəfər zəng edərək Abbasa yardım edəcəyini söyləyib.
Zülfiyə Nuriyeva "Xəzər Xəbər"ə deyib ki, zəng edən şəxs ailəyə məxsus kartın üzərindəki 16 rəqəmli şifrəni alaraq əlavə 4000 manat pul köçürəcəyinə söz verib. Bütün məlumatları əldə edəndən sonra zəng vuran şəxs kartdakı pulu çəkib.
Qadının sözlərinə görə, onlarla xarici ölkələrin birinə aid mobil nömrə ilə əlaqə saxlanılıb.
Sonradan həmin nömrə ilə əlaqə saxlamaq cəhdləri nəticə verməyib. Zəngə cavab verən olmayıb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, dələduzluqla bağlı Ağdaş Rayon Polis Şöbəsinə müraciət daxil olub və hazırda faktla bağlı araşdırmalar aparılır.
Daha ətraflı süjetdə:
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...