Neftçalanın susuz qalan kəndi ilə bağlı RƏSMİ AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Neftçalanın Beştəli kəndində əkin sahələrinin su təminatında yaranan çətinliyin aradan qaldırılması üçün tədbir görülür.
BAKU.WS "Oxu.Az" xəbər verir ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Dilqəm Şərifov mediada sözügedən məsələ haqqında dərc edilən məlumatla bağlı bildirib ki, artıq bu istiqamətdə tədbir görülür:
“Bildiyiniz kimi, prezidentin sərancamı ilə Su Komissiyası yaradılıb. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC də həmin komissiyanın üzvüdür. Neftçalanın Beştəli kəndi də artıq komissiyanın nəzarətindədir. Sözügedən kənddə su təminatını təmin etmək üçün Mingəçevir su anbarından Kür çayının suyu artırılıb. Hazırda Kür çayında su 200 kubmetr/saniyəyə qədər ayrılıb. Bu həftənin sonuna qədər həmin kəndin və bütün ətraf kəndlərin suvarma suyuna olan təlabatı ödəniləcək”.
Oxşar xəbərlər
Kəndli su tapmır: Əkinlər qurumaq üzrədir - VİDEO
Kəndli min bir əziyyətlə əkdiyi yonca və taxılı sulamalıdır, ancaq təəssüf ki, su tapmır. Hazırda bu problemlə üz-üzə qalan Neftçalanın Beştəli kəndinin camaatı...