"İndiki gənclər öz ayaqları üzərində müstəqil dayanmağa can atırlar" - RƏYLƏR
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda intellektual, müasir gənclik formalaşır. Onlar artıq hər hansı hadisəyə mövqelərini azad şəkildə analitik təfəkkürlə sərgiləyirlər.
BAKU.WS “report”a istinadən xəbər verir ki, müasir Azərbaycan gəncliyi qlobal miqyasda informasiya texnologiyaları ilə maraqlanır, dünyadakı müasir trendləri ölkədə tətbiq edir. Gənclər artıq müasir biznes əlaqələri qurmaqla yanaşı, sosial yönümlü biznes əlaqələrinə də maraq göstərir, onların yerli mühitə uyğunlaşdırılması yollarını araşdırırlar.Həmçinin, xaricdə təhsil alan gənclər artıq daha çox orada qalmağı deyil, Vətənə qayıdaraq öz bilik və bacarıqlarını Azərbaycanda tətbiq etməyə maraq göstərirlər. Onlar Azərbaycanda əmək fəaliyyətinin gündən-günə yaxşılaşması üçün şərait yaradırlar.Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) müəllimi Nazim Cəfərsoy deyib ki, gənclik cəmiyyətin ən dinamik təbəqəsidir: “Bugünkü dövrdə gənclərin cəmiyyətdə rolu getdikcə artır. Gələcəyin dünyasını qurmaq nöqtəsində gənclərin rolu danılmazdır.Bu gənclərin rolunun artmasının əhəmiyyətli motivlərindən biri onların təhsil sahəsində əldə etdikləri biliklərdir.Bu baxımdan xaricdə təhsil almaqları da onlar üçün fürsətdir. Dövlətimiz hər zaman gənclərin yüksək təhsil almasına xüsusi diqqət yetirib”.Eyni zamanda xaricdə təhsil alanlar artıq ölkəyə qayıdıb burada işləməyə maraq göstərirlər. Bir sözlə, təhsilin hər bir gəncin xarakterinin formalaşmasında xüsusi rolu var”.
Təhsil eksperti Araz Aslanlı isə vurğulayıb ki, son illər Azərbaycan təhsili dünyaya açılır: “Ölkədə məktəbləri bitirənlərin xaricə üz tutması və müasir biliklərə yiyələnməsi müsbət dinamikada davam edir.Bununla da təhsilini xaricə başa vurmuş şəxslərin Azərbaycandan kənarda kadr kimi daha müasir dünya görünüşünə malik şəxs kimi formalaşmasına imkan yaranır. Töhfəni də azərbaycanlı kimi həm ölkədən kənarda, həm də Azərbaycanda verə bilir”.Eyni zamanda öyrənməyə maraq da çoxalıb. Bu gün kitabxanalar gənclərlə doludur. Onlar sadəcə universitet bilikləri ilə kifayətlənməyərək, eyni zamanda kurslara, təlimlərə gedirlər.
Əvvəlki gənclər bunu demək olar ki, etmirdi. Ölkədə aparılan gənclər siyasəti çox uğurlu alınıb və uğurla da davam edir. Müasir gənclər innovasiyalar yaratmaq istəyirlər və bu sahədə çox iddialı görünürlər”.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda Gənclər Günü qeyd olunur
Bu gün Azərbaycanda Gənclər Günü qeyd olunur.BAKU.WS-in məlumata görə, 2 fevral tarixinin Gənclər Günü kimi elan olunması ulu öndər Heydər Əliyevin adı ilə bağl...