Nazirlikdən Novruz çərşənbələrində yanğın təhlükəsizliyi ilə bağlı MÜRACİƏT

Nazirlikdən Novruz çərşənbələrində yanğın təhlükəsizliyi ilə bağlı MÜRACİƏT
Sosial 75

Fövqəladə Hallar Nazirliyi Novruz çərşənbələrində yanğın təhlükəsizliyi qaydalarına dair əhaliyə müraciət edib.

Bu barədə BAKU.WS-ə nazirlikdən məlumat verilib.

Bildirilib ki, Novruz bayramı ilə əlaqədar çərşənbə axşamlarında keçirilən mərasimlərdə, o cümlədən tonqal qalanması zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl olunmaması isə arzuolunmaz və acı nəticələrə yol aça bilər.

Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, Novruz bayramı ilə əlaqədar mərasimlərin təşkili və keçirilməsi zaman aşağıdakı yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır:

- bayram tonqalı ev, avtomobil, elektrik naqili, ağac və digər yanar əşyalardan kənarda yandırılmalı;

- tonqalın ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalı;

- tonqal üzərindən atılarkən ehtiyatlı olmalı;

- tonqal tam sönənədək nəzarətdə saxlanılmalı;

- süfrələrdə yandırılan şamlar nəzarətsiz qalmamalıdır.

Həmçinin, nəzərə alınmalıdır ki, küləkli hava şəraitində tonqal yandırılması xüsusilə təhlükəli hesab olunur.

Yadda saxlayın: pirotexniki vasitələrdən istifadə qadağandır!

Oxşar xəbərlər

Xırdalanda yaşlı kişi avtobus dayanacağında gecələyir

Xırdalanda yaşlı kişi avtobus dayanacağında gecələyir

Abşeron rayonunun Xırdalan şəhərində yaşlı kişi bir aya yaxındır ki, avtobus dayanacağında gecələyir. BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, adını və soy...

65 Sosial 23:23 23 fevral 2026

Son xəbərlər