Nazirlik: Vaksinasiyadan keçməyən təhsil işçilərinin siyahısı hazırlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
“Sentyabrın 22-dən etibarən əks göstəriş və immun sertifikatı olmayan təhsil işçiləri məktəblərə buraxılmayacaq”.
BAKU.WS “report”a istinadən xəbər verir ki, bunu təhsil nazirinin müşaviri Rüstəm Ağayev deyib.
O qeyd edib ki, təhsil işçilərinin siyahıları hazırlanıb və məktəblərdə ciddi monitorinqlərin keçirilməsi planlaşdırılır: “Məktəb rəhbərliyi prosesə nəzarət edəcək”.
R.Ağayev həmçinin məktəblərdə peyvənd məntəqələrinin ləğvi məsələsinə də aydınlıq gətirib:
“Hazırda həmin məntəqələrin bərpası istiqamətində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə danışıqlar aparılır. Xatırladım ki, Bakıda 10, Sumqayıtda isə 2 belə məntəqə yaradılmışdı. Təhsil işçilərinin vaksinasiyası prosesinin sürətləndirilməsi üçün yaxın günlərdə həmin peyvənd məntəqələrinin yenidən bərpa edilməsi planlaşdırılır”.
Oxşar xəbərlər
Ali məktəblərə müsabiqə şərtləri açıqlanıb
Dövlət İmtahan Mərkəzi (DİM) 2021-2022-ci tədris ili üçün I-IV ixtisas qrupları üzrə tələbə qəbulunun şərtlərini açıqlayıb. DİM-dən BAKU.WS-ə verilən məlumata g...