Nazirlik: “Taksi şirkətləri “Fərdi məlumatlar haqqında” qanunu pozur”

Azərbaycanda taksi xidməti göstərən, eyni zamanda taksi xidmətlərinin təşkili, sifarişlərin idarə olunmasını həyata keçirən əksər şirkətlərin məlumat bazası xarici ölkələrdə yerləşir və bu da “Fərdi məlumatlar haqqında” qanuna ziddir.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə qurumda taksi şirkətlərinin nümayəndələri ilə keçirilən görüşdə bildirilib.
Nazirlik rəsmiləri bəyan edib ki, qanuna əsasən, ölkədə fərdi məlumatların informasiya sistemləri dövlət qeydiyyatından keçməlidir. Yalnız bundan sonra fərdi məlumatların toplanılmasına və işlənilməsinə icazə verilir.
Vurğulanıb ki, taksi minik avtomobilləri ilə sərnişin daşımaları sahəsində yeni dövlət siyasətinin formalaşdırılması və islahat mexanizmlərinin tətbiqi istiqamətində mütəmadi olaraq tədbirlərin həyata keçirilməsi zəruridir.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...
