Nazirlik: Sürüşmə zonasında torpaq qatının kənarlarında çatlar müşahidə edilib
16
okt
2018
21:43
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, sürüşmə zonasında saat 21:00-a olan monitorinqlərin nəticəsinə əsasən, sürüşmə sahəsində aktivlik davam edir.Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan verilən məlumata görə, sürüşmə zonasında saat 21-00-a olan monitorinqlərin nəticəsinə əsasən sürüşmə sahəsində aktivlik davam edir. Sürüşmə kütləsinin həm cənub,həm də şimal hissəsində torpaq qatının kənarlarında xırda çatlar müşahidə edilib və bu da sürüşmə kütləsinin ölçülərinin artması ilə müşayət oluna bilər.Qeyd edək ki, oktyabrın 12-dən başlayaraq, mərkəz əməkdaşları ərazidə profillər üzrə bir neçə istiqamətdə tədqiqatlar aparırlar. İlkin nəticələrə görə, sürüşmə prosesi hələlik aktiv fazada qalır və yeni uçqunların baş vermə ehtimalı yüksəkdir.Aparılan işlərin nəticəsi ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.BAKU.WS
Oxşar xəbərlər
Badamdarda tədqiqat aparılan ərazidə uçqun baş verib (FOTO)
Badamdar 20-ci sahə şossesində sürüşmənin aktiv fazaya keçməsi uçqunların baş verməsi ilə müşayət olunur.AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən...