Nazirlik: Son üç ayda 186 min şəxsə e-arayış verilib
Yeniliklərdən dərhal xəbərdar olun
Bu ilin yanvar-mart aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə 186 min şəxsə elektron qaydada arayış verilib.
Nazirlikdən BAKU.WS-ə verilən məlumata görə, nəticədə vətəndaşlar hər hansı quruma müraciət etmədən, e-arayış xidmətlərindən istifadə edərək müvafiq arayışları əldə ediblər.
Əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələri üzrə elektronlaşma proqramı çərçivəsində ötən il 13 e-arayış xidməti istifadəyə verilməklə, nazirliyin e-arayış xidmətlərinin sayı 15-ə çatıb. Bu xidmətlər vətəndaşların iş yerinə və ya əlilliyə dair, pensiya, müavinət və təqaüd, maddi yardım, ünvanlı yardım, dövlət tərəfindən mənzil və avtomobillə təmin edilmə, fərdi şəxsi hesab və s. barədə e-qaydada arayışlar əldə edə bilməsinə imkan verir.
2020-ci ildə Nazirlik tərəfindən fəaliyyət sahələri üzrə daha 15 növdə e-arayış xidmətinin yaradılması, e-arayış xidmətlərinin sayının 30-a çatdırılması nəzərdə tutulub.
Oxşar xəbərlər
Prezident nazir Sahil Babayevi qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevi qəbul edib. BAKU.WS xəbər verir ki, ölkəmizdə həyata...