Nazirlik Şəkidə ac saxlanılan atlarla bağlı açıqlama yaydı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Şəki şəhərində yerləşən Respublika Atçılıq Turizm və Atüstü Milli Oyunlar Mərkəzi ilə bağlı məsələlər Mədəniyyət Nazirliyi tərəfindən ciddi nəzarətə alınıb.
Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən BAKU.WS-ə verilən məlumata görə, bu gün nazirliyin Şəki Regional Mədəniyyət İdarəsi tərəfindən Mərkəz atlar üçün xüsusi qida vasitələri və tibbi yardımla təmin edilib.
Müəssisəyə maddi yardım təqdim olunub. Mərkəzdəki atlara tibbi xidmət göstərilib. Baytar heç bir kütləvi xəstəliyin qeydə alınmadığını təsdiqləyib.
Qeyd edək ki, Mərkəzə Şəki Şəhər İcra Hakimiyyəti və digər qurumlar tərəfindən də yardım ayrılıb.
Qalereya
Oxşar xəbərlər
Tovuzda “ASAN Həyat” kompleksi istifadəyə verildi - FOTO (YENİLƏNİB)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Tovuzda “ASAN Həyat” kompleksinin açılışında iştirak edib. BAKU.WS xəbər verir ki, dövlətimizin b...