Nazirlik: Şəki Regional Mədəniyyət İdarəsi ilə bağlı qalmaqal araşdırılır
Yeniliklərdən dərhal xəbərdar olun
Şəki Regional Mədəniyyət İdarəsinin əməkdaşı Nurəli Ramazanov və müvəqqəti rəis Ağaəli Cəlilov arasında yaşanan qalmaqal Mədəniyyət Nazirliyinin daxili nəzarət şöbəsi tərəfindən araşdırılır.
BAKU.WS xəbər verir ki, bu barədə apa-ya Mədəniyyət Nazirliyindən bildirilib.
“Nəticələr haqqında əlavə məlumat veriləcək”, - nazirliyin cavabında vurğulanır.
Qeyd edək ki, Şəki Regional Mədəniyyət İdarəsinin müvəqqəti rəisi ilə əməkdaş arasında yaşanan qalmaqal əmək haqqı ilə bağlıdır. Belə ki, rəqs müəllimi olan Nurəli Ramazanov ona ödəniləcək məvacibin verilmədiyini bildirib. O, əks təqdirdə özünü öldürəcəyi ilə qarşı tərəfi təhdid edib.
Oxşar xəbərlər
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. BAKU.WS xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. H...