Nazirlik rəsmisi çirkab sularına görə “Azərsu”yu tənqid etdi

Nazirlik rəsmisi çirkab sularına görə “Azərsu”yu tənqid etdi
Sosial 181

“Ölkədə tullantı sularının idarə olunması, təmizlənməsi “Azərsu” ASC tərəfindən həyata keçirilir. ASC-nin 2012/2013-cü ildə təsdiq olunmuş master planı var.

Orada Xəzər dənizinin, göllərinin çirkləndirilməsinin qarşısının alınmasına yönəlik layihələr nəzərdə tutulmuşdu. Bu gün bu layihələrin icraatında gecikmələr var”.

BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Su ehtiyatlarının idarə edilməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov bildirib.

Onun sözlərinə görə, layihənin icrası 10 ilə yaxındır ki, tamamlanmır:

“Xəzər dənizinin və göllərin çirklənməsinin səbəbi master planında gecikmələrin olması, tələblərin yerinə yetirilməməsidir.

Bunların qarşısını almaq məqsədi ilə ETSN beynəlxalq ekspertləri dəvət etdi. Araşdırma zamanı məlum oldu ki, Bakı və Abşeron Yarımadasının su ilə təminatı böyük vəsait hesabına həyata keçirilir. İstifadə olunan təmiz sular çirkləndirilərək Xəzər dənizinə və göllərə axıdılır”.

“Çirkab sularının təmizlənməsi üçün təmizləyici qurğuların quraşdırılması mütləqdir”, - deyə o əlavə edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Prezident nazir Sahil Babayevi qəbul edib

Prezident nazir Sahil Babayevi qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevi qəbul edib. BAKU.WS xəbər verir ki, ölkəmizdə həyata...

13649 Sosial 16:25 16 mart 2020

Son xəbərlər