Nazirlik reanimasiyaya yerləşdirilən koronaviruslu xəstələrin yaxınlarına müraciət edib
Yeniliklərdən dərhal xəbərdar olun
“Reanimasiyaya düşən xəstələrin yaxınlarında qorxu-təşviş yaranır. Hər bir xəstəni reanimasiyaya yerləşdirmək olur. Bunun üçün mütləq şəkildə göstərişlər olmalıdır”.
BAKU.WS “report”a istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, reanimatoloq İsrail Məhərrəmbəyli deyib.
Onun sözlərinə görə, reanimasiyaya yerləşdirilən xəstələrin çoxunun huşu özündə olur: “Hətta bəzən həkimlərin konsultasiyası pasiyentlərin yanında keçirilir.
Reanimasiyada geniş həcmli müşahidə olur. Adekvat monitorinq müşahidə aparılır. Həkimlər daim onların yanında olur.
İnsanlar hesab etməsin ki, yaxınları orada diqqətdən kənarda qala bilər. Reanimasiyada hər bir xəstə həkim nəzarətindədir. Heç kim orada nəzarətsiz qalmır. Koronavirus xəstələri qorxuya düşməsinlər”.
Oxşar xəbərlər
Qadağa yoxdur: özəl klinikalar koronavirus xəstələrini müalicə edəcəkmi?
Azərbaycanda koronavirusa yoluxan xəstələrin sayı durmadan artır. İndi ölkədə 19 mindən çox insan bu virusa yoluxub, onlardan 241 nəfər dünyasını dəyişib. Hazır...