Nazirlik: Qızılcadan ölüm halları daha çox ucqar rayonlarda müşahidə edilir
Yeniliklərdən dərhal xəbərdar olun
Qızılcadan ölüm halları daha çox ucqar rayonlarda olan, qayğısız qalmış uşaqlarda müşahidə edilir.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov jurnalistlərə açıqlamasında deyib.
“Uşağın temperaturu yüksəldiyi, səpdiyi halda həkimə müraciət gecikirsə, ya xəstəxanaya qədər, ya da xəstəxanada ölüm halı qeydə alına bilir. Buna görə valideynlərə bildiririk ki, uşağın temperaturu yüksəkdirsə, səpki varsa, birbaşa həkimə müraciət etmək lazımdır. Bu zaman həkim uşağın xəstəxanada, yoxsa evdə müalicə almasını uyğun bilir. Əgər uşaq evdə müalicə alacaqsa, bu zaman ona bütün lazımı tibbi yardım göstərilir”, - o qeyd edib.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...