Nazirlik Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 642 mənzil alır

Nazirlik Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 642 mənzil alır
Sosial 286

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün Gəncə, Lənkəran, Ağdaş və Yevlax şəhərlərindən bir, iki və üç otaqlı olmaqla ümumilikdə 642 mənzilin satın alınması ilə bağlı elan etdiyi 3 açıq tenderə yekun vurub.

BAKU.WS "report”a istinadən xəbər verir ki, tenderlərin qalibləri müvafiq olaraq "Prime İnşaat" MTK, "AN İnşaat" MMC və fiziki şəxs Nizami Cavanşir oğlu Abdullayevdir.

Qalib şəxslərə müvafiq olaraq 784 min manat, 1 226 000 manat və 1 757 000 manat, ümumilikdə isə 3 767 000 manat ödəniləcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər