Nazirlik media ilə birgə yeni layihəyə start verdi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) media nümayəndələri ilə birgə yeni layihəyə start verib.
BAKU.WS xəbər verir ki, layihə çərçivəsində jurnalistlərlə nazirliyin rəhbər şəxsləri arasında əməkdaşlığın səmimi və daha əlçatan qurulmasını təmin etmək məqsədilə qeyri-rəsmi görüşlərin təşkili nəzərdə tutulub.
Bu görüşlər nazirliyin fəaliyyət istiqamətlərini əhatə etməklə mütəmadi olaraq keçiriləcək. Jurnalistlər onları maraqlandıran suallara cavab alacaq, ETSN-in ayrı-ayrı qurumlarının gördüyü işlərlə daha yaxından tanışlıq və informasiyanı ilk mənbədən almaq imkanı qazanacaq.
Layihə çərçivəsində bu gün Zığ-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun 10-cu kilometrliyində salınmış zeytun bağına mediatur təşkil edilib.
Jurnalistlər bağda bir neçə il əvvəl əkilən və hazırda bar verən ağaclara qulluq edib, məhsul yığıblar.
Mediatur çərçivəsində həmçinin ETSN-in rəhbər şəxsləri tərəfindən ictimaiyyəti maraqlandıran suallar cavablandırılıb.
Qalereya
Oxşar xəbərlər
Prezident nazir Sahil Babayevi qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevi qəbul edib. BAKU.WS xəbər verir ki, ölkəmizdə həyata...