Nazirlik hökumət portallarının işləməməsinə münasibət bildirdi

Nazirlik hökumət portallarının işləməməsinə münasibət bildirdi
Sosial 148

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC Azərbaycanda fəaliyyət göstərən bir sıra hökumət portallarının işləməməsinə münasibət bildirib.

“AzInTelecom” MMC-nin Korporativ kommunikasiya və ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Murad Əhmədov BAKU.WS-ə açıqlamasında “AzInTelecom” MMC-yə məxsus bəzi avadanlıqlarda müəyyən texniki çətinliklər yaşandığını deyib:

“Yaranan çətinlik qurumlara və vətəndaşlara təqdim edilən xidmət və məhsulların əlçatanlığına müəyyən təsir edə bilər. Hazırda mütəxəssislərimiz tərəfindən çətinliyin aradan qaldırılması istiqamətində müvafiq addımlar atılır. Araşdırmaların nəticəsi barədə məlumat veriləcək.

“AzInTelecom” MMC olaraq müvəqqəti çətinliyə görə üzr istəyirik”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

AQTA: "71 müəssisədə nöqsanlar müəyyən olunub"

AQTA: "71 müəssisədə nöqsanlar müəyyən olunub"

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) qida sahəsində fəaliyyət göstərən 81 ticarət müəssisəsi və 23 ictimai iaşə müəssisəsində həyata keçirilən mon...

311 Sosial 18:18 13 dekabr 2022

Son xəbərlər