Nazirlik 21 milyon manatlıq yeyinti ilə bağlı Baş Prokurorluğa müraciət edib
Yeniliklərdən dərhal xəbərdar olun
Hesabat dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) strukturuna daxil olan qurumlarda daxili nəzarət, audit tədbirləri və inventarlaşma tədbirləri həyata keçirilib ki, bu tədbirlər nəticəsində 21,5 mln. manat vəsait itkisi aşkar olunub.
Onlardan 7,1 mln. manatı bərpa olunub, 14,4 mln. manatının tutularaq bərpa edilməsi üçün tədbirlər görülüb.
BAKU.WS "report"a istinadən xəbər verir ki, bu, ƏƏSMN-in 2019-cu il üzrə hesabatında öz əksini tapıb.
Qeyd olunub ki, bu hallarla bağlı 556 nəfər barəsində intizam tənbeh tədbiri görülüb, cinayət tərkibi ehtimal olunan 28 xidməti araşdırma üzrə materiallar Baş Prokurorluğa təqdim olunub.
Oxşar xəbərlər
Prezident nazir Sahil Babayevi qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevi qəbul edib. BAKU.WS xəbər verir ki, ölkəmizdə həyata...